Ötən il təzə albalı və gilas ixracından ölkəmiz bu qədər gəlir əldə edib

16:31 - 22.02.2024


22 fevral, Fineko/abc.az. Azərbaycan 2023-cü ildə 35,599 min ton təzə albalı və gilas ixrac edib ki, bu da 2022-ci ilin göstəricisindən 21,2% çoxdur.

ABC.AZ İnterfax-a istinadən xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib. İxracdan əldə olunan gəlir $44 milyon 555 min (аrtım 7%) həcmində qiymətləndirilir.

Əsas ixrac Rusiyanın payına düşüb. Xüsusilə, 2023-cü ildə Rusiya Federasiyasına $44 milyon 135,61 min (artım 6,3%) məbləğində 35,255 min ton (artım 21,4%) ixrac edilib. Ümumilikdə, Azərbaycandan bütün albalı və gilas ixracının 99%-i Rusiyanın paylna düşüb.

Azərbaycan 2022-ci ildə $41 milyon 638,61 min dəyərində 29,203 min ton albalı və gilas ixrac edib.

Bütün xəbərlər