Onların orta aylıq əmək haqqı 379 manat artıb

17:16 - 22.02.2024


22 fevral, Fineko/abc.az. 2023-cü ildə sığorta, təkrar sığorta və pensiya sahəsində işləyənlərin orta aylıq əmək haqqı 2 196,2 manata çatıb.

ABC.AZ Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.

Bu 2022-ci illə müqayisədə müqayisədə 378,5 manat və ya 20,8% çoxdur.

Ötən ilin eyni dövründə bu sahədə çalışanların orta aylıq əmək haqqı 1 817,7 manat idi.

Qeyd edək ki, dövlət sektrounda çalışan sığortaçıların orta aylıq əmək haqqı 1 958,4 manat təşkil edib ki, bu 2022-ci illə müqayisədə 545,4 manat və ya 38,6% çoxdur.

Özəl sektorda çalışanların orta aylıq əmək haqqı isə 2 254,6 manat olub. Bu da illik müqayisədə 316 manat və ya 16,3% çoxdur.

Bütün xəbərlər