09:36 - 23.02.2024
23 fevral, Fineko/abc.az. Cümə günü keçirilən hərraclarda neftin etalon markalarının qiyməti aşağı düşür.
Londonun ICE Futures birjasında Brent markalı aprel neft fyuçerslərinin dəyəri saat 09:33–ə qədər $0,40 (0,48%) azalaraq bir barel üçün $83,27-a düşüb. 22 fevral ticarətinin nəticələrinə görə, Brent markalı neftin aprel fyuçersləri $0,64 (0,77%) artaraq bir barel üçün $83,67-a yüksəldi.
Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin aprel fyuçerslərinin qiyməti saat 09:33-də $0,42 (0,53%) - bir barel üçün $78,19-a düşdü. 22 fevral ticarətinin nəticələrinə görə, WTI neftinin aprel fyuçersləri $0,70 (0,90%) artaraq bir barelə $78,61-a çatdı.
19 Mart 2025
19 Mart 2025
18 Mart 2025
18 Mart 2025
17 Mart 2025
17 Mart 2025
17 Mart 2025