10:06 - 23.02.2024
23 fevral, Fineko/abc.az. İri sərmayədarlar və rəhbərlər bəyan edirlər ki, Amerika və Avropa aviaşirkətləri bu il yenidən biletlərin qiymətinin bahalaşması hesabına gəlirlərini artırmağa çalışacaqlar. Çünki onlar COVID-19 pandemiyasından sonra turizm bumundan mümkün qədər çox qazanc əldə etmək və daim təyyarə çatışmazlığı fonunda xərclərin artmasını yüngülləşdirmək istəyirlər.
ABC.AZ xəbər verir ki, iri aviadaşıyıcılar sorğunu təmin etmək üçün var qüvvələri ilə reyslərin sayını artırmağa çalışırlar.
Lakin yeni “Airbus” və “Boeing” təyyarələrinin tədarükündə ləngimələr səbəbindən çətinlik çəkirlər.
Tədarüklərin məhdudluğuna görə aviabiletlərin tarifləri yüksək olaraq qalmaqdadır və bu da daşıyıcılara aviasiya yanacağı, işçi qüvvəsi və texniki xidmət xərclərində qənaət etmək imkanı verir.
Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) məlumatına görə, aviaşirkətlər bir sərnişindən orta hesabla 5,44 dollar qazanırlar. IATA-nın proqnozuna görə, 2024-cü ildə gəlirlər kiçik templərlə də olsa, təxminən 1,8 faiz artacaq.
19 Mart 2025
19 Mart 2025
19 Mart 2025
18 Mart 2025
18 Mart 2025
17 Mart 2025
17 Mart 2025
17 Mart 2025