Onların orta aylıq maaşı 1500 manatı keçdi

10:19 - 23.02.2024


23 fevral, Fineko/abc.az. 2023-cü ildə informasiya və rabitə sahəsində işləyənlərin orta aylıq əmək haqqı 1512,8 manata çatıb.

ABC.AZ Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, bu 2022-ci illə müqayisədə müqayisədə 170,4 manat və ya 12,7% çoxdur.

Ötən ilin eyni dövründə bu sahədə çalışanların orta aylıq əmək haqqı 1342,4 manat idi.

Qeyd edək ki, dövlət sektrounda çalışanların orta aylıq əmək haqqı 1325,2 manat təşkil edib ki, bu 2022-ci illə müqayisədə 168,0 manat və ya 14,5% çoxdur.

Özəl sektorda çalışanların orta aylıq əmək haqqı isə 1 653,8 manat olub. Bu da illik müqayisədə 158 manat və ya 10,6% çoxdur.

Bütün xəbərlər