Almaniyanın 50-yə yaxın şirkəti - Azərbaycana səfərə gələcək

10:36 - 23.02.2024


23 fevral, Fineko/abc.az. Fevralın 26-29-da Almaniyanın nəqliyyat, logistika, sənaye, bərpaolunan enerji və digər sahələrdə fəaliyyət göstərən 50-yə yaxın şirkətinin nümayəndələrindən ibarət heyətin Azərbaycana səfəri planlaşdırılır. Azərbaycan Sahibkarlar Konfederasiyasının Almaniyadakı nümayəndəliyi də heyətin tərkibində Azərbaycana səfər edəcək.

ABC.AZ xəbər verir ki, bu barədə Azərbaycan Sahibkarlar Konfederasiyasının Almaniyadakı nümayəndəliyi məlumat verib.

Azərbaycan Sahibkarlar Konfederasiyasının Almaniyadakı nümayəndəliyi 2022-ci ilin aprel ayından etibarən fəaliyyətə başlayıb. Almaniya-Azərbaycan iqtisadi maraqlarını əlaqələndirən qurum olaraq nümayəndəlik Azərbaycan şirkətlərini Almaniyadakı işgüzar fəaliyyətlərində dəstəkləyir.

Bütün xəbərlər