Türkiyə-Azərbaycan Universiteti üçün Bakıda bu yer ayrıldı

11:30 - 23.02.2024


23 fevral, Fineko/abc.az. Türkiyə-Azərbaycan Universitetinin kampusu üçün Bakının ən məşhur tarixi binalarından biri ayrılıb.

ABC.AZ xəbər verir ki, bunu Türkiyə Ali Təhsil Şurasının (Yüksək Öyrətim Kurulu) sədri Erol Özvar “Milliyet” qəzetinə müsahibəsində bildirib.

O əmindir ki, Türkiyə-Azərbaycan Universitetinin yaradılması dünya ali təhsilində mühüm mərhələlərdən biri olacaq: “Əgər təhsil müəssisəsinin fəaliyyəti yaxşı şəkildə təşkil olunar və düzgün idarə edilərsə, qısa müddətdə bir çox ölkədə ona bənzər unuvesitetlərin yaradılacağı təəccüb doğurmaz”.

E.Özvar əlavə edib ki, bu istiqamətdə zəruri addımlar atılacaq: “Hər iki ölkə, həm də prezidentlərimiz bu məsələdə hər cür dəstəyi vermək əzmindədirlər. Layihəyə maraq o qədər güclüdür ki, bura hansı universitetləri daxil edəcəyimizi seçməkdə çətinlik çəkəcəyik. Bu cür modelləri həmişə başqalarından görürüb, təqlid edirdik, indi özümüzün belə modelləri mövcuddur. Anadolu liseyləri kimi bənzərsiz bir model yaratmışıq və onu sona qədər qorumalıyıq”.

Bütün xəbərlər