Sumqayıt Kimya Sənaye Parkında daha bir MMC-yə rezident verildi

11:38 - 23.02.2024


23 fevral, Fineko/abc.az. "Azermirror" MMC-yə Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib və bununla da rezidentlərin sayı 40-a çatıb.

ABC.AZ xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarovun sosial şəbəkə paylaşımına əsasən, şirkət tərəfindən Sənaye Parkının ərazisində alüminium təbəqəli vərəqə güzgü istehsalı həyata keçiriləcək.

İnvestisiya dəyəri 11 milyon manata yaxın olan müəssisədə 44 nəfərlik daimi iş yerinin yaradılması nəzərdə tutulur.

Bütün xəbərlər