Moldovanın enerji bazarının operatoru Rumıniyanın enerji birjasının törəmə şirkəti olacaq

11:42 - 23.02.2024


23 fevral, Fineko/abc.az. Moldovanın enerji bazarının operatoru Rumıniya enerji birjası OPCOM-un törəmə şirkəti olacaq.

ABC.AZ xəbər verir ki, bu barədə respublikanın energetika naziri Viktor Parlikov bildirib.

Moldova və Rumıniyanın energetika nazirləri dekabr ayında Moldova enerji bazarının Avropa bazarı ilə birləşdirilməsini nəzərdə tutan memorandum imzalayıblar.

"Mütəşəkkil bazarın operatoru olaraq, Rumıniya enerji birjası OPCOM-un törəmə şirkəti olan "M" enerji bazarının operatorunu təyin edirik", — deyə Parlikov bildirib.