Azərbaycan ötən il xaricə nə qədər xurma satıb?

11:50 - 23.02.2024


23 fevral, Fineko/abc.az. Ötən ilin yanvar-dekabr aylarında 127 milyon 195 min dollar dəyərində 164 min 906 ton xurma ixrac edilib.

ABC.AZ Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir ki, ixrac göstərciləri məbləğ ifadəsi ilə 13 milyon 820 min dollar (12,2%), miqdar ifadəsi ilə 17 min 274 ton (11,7%) artıb.

Keçən ilin yanvar-dekabr aylarında xaricə 113 milyon 371 min ABŞ dolları dəyərində 147 min 632 ton xurma  ixrac edilmişdi.

Beləliklə bir ton xurmanın ixrac qiyməti 2023-cü ildə 771 dollar, ötən ilin müvafiq dövründə 768 dollar təşkil edib. Bu göstərici son bir ildə 3 dollar, başqa sözlə 0,4% artıb.

Həmin dövrdə, Azərbaycanın xurma ixrac etdiyi əsas ölkələr Rusiya, Ukrayna, Türkiyə, Belarus, Moldova və Qazaxıstan olub.

Azərbaycanın xurmanı ən baha satdığı ölkə Belarus olub. Bu ölkəyə satılan xurmanın kilqoramı orta hesabla 1 manat 61 qəpik təşkil edib.

 

Bütün xəbərlər