Daha bir provayder qeydiyyata alındı

12:16 - 23.02.2024


23 fevral, Fineko/abc.az. Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu olan İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) internet provayder və operatorlarının uçotunun aparılması istiqamətində fəaliyyətini davam etdirir.

ABC.AZ xəbər verir ki, bu tədbirlər çərçivəsində internetin təkrar satışı xidmətini göstərən “Robonet”, “Setnet” və “Smart Office” MMC-lərin müraciəti əsasında onların uçota alınması həyata keçirilib.

Həmçinin Naxçıvanda ADSL, GPON, ETTH, Hostinq və digər internet xidmətləri göstərən Naxçıvan Muxtar Respublikasının İnternet və Yeni Texnologiyalarin Tədrisi Mərkəzinin (Naxinternet) uçota alınmaqla bağlı müraciətinə müsbət cavab verilib. Bununla da uçota alınan operator və internet provayderlərinin sayı 157-yə çatıb.

 

Bütün xəbərlər