Keçmiş nazir Konstitusiya Məhkəməsinin hakimi təyin edilib

12:29 - 23.02.2024


23 fevral, Fineko/abc.az. Fikrət Məmmədov Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilib.

ABC.AZ xəbər verir ki, parlamentin fevralın 23-də keçirilən plenar iclasında Azərbaycan Prezidenti İlham Əliyevin Fikrət oğlu Məmmədovun Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilməsi haqqında təqdimatına baxılıb.

Müzakirələrdən sonra təqdimat səsverməyə çıxarılaraq qəbul edilib.

Qeyd edək ki, F.Məmmədov bundan öncə ədliyyə naziri olub.

 

Bütün xəbərlər