14:26 - 23.02.2024
23 fevral, Fineko/abc.az. Cəbrayıl şəhərində ilk yaşayış kompleksinin inşası bu il yekunlaşacaq.
ABC.AZ Banker-ə istinadən xəbər verir ki, bu barədə Mənzil İnşaatı Dövlət Agentliyindən (MİDA) sorğuya cavab olaraq bildirib.
Məlumata görə, Cəbrayıl şəhərində tikilən Cəbrayıl Yaşayış Kompleksinin ümumi sahəsi 7,87 hektar təşkil edir. Yaşayış kompleksi 33 yaşayış binasından ibarətdir. Bu binalarda ümumilikdə 712 mənzil olacaq.
Qeyd edək ki, dördmərtəbəli və beşmərtəbəli binalarda mənzillərin 8-nin birotaqlı, 136-sının ikiotaqlı, 8-nin ikiotaqlı studio tipli, 392-nin üçotaqlı, 168-nin isə dördotaqlı olması nəzərdə tutulur.
19 Mart 2025
19 Mart 2025
19 Mart 2025