Naxçıvanın Mədəniyyət Nazirliyinin aparat rəhbəri işdən çıxarılıb

14:33 - 23.02.2024


23 fevral, Fineko/abc.az. Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin Aparat rəhbəri işdən azad olunub.

ABC.AZ xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Mədəniyyət nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Həsən Seyidov əmr imzalayıb.

Əmrə əsasən, Piri Nağıyev tutduğu vəzifədən azad edilib. O, nazirlikdə baş məsləhətçi vəzifəsinə təyin olunub.

Bütün xəbərlər