Mis hasilatının azalması ixrac gəlirlərini kiçildib

15:19 - 23.02.2024


23 fevral, Fineko/abc.az. Azərbaycan 2023-cü ildə misdən olan məhsulları azaltması ixraca təsirsiz ötüşməyib.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, mis filizləri istehsalı ötən il 15.8% azalaraq 2 122.6 tona düşüb. Ölkənin xaricə mis filizi və onun konsentratları ixrac 16 616 ton olmaqla öncəki ildən 13% azalıb.

Misin ixrac dəyəri $19.04 mln. olub. Öncəki ildə $26.75 mln.-luq valyuta daxil olmuşdu.

Misin bir tonu 1 146 ABŞ dolları təşkil edib.

Bütün xəbərlər