Almaniyada bir milyondan çox Ukraynalı miqrant yaşayır

15:57 - 23.02.2024


23 fevral, Fineko/abc.az. Almaniyada sayına görə ikinci ən iri qrup Ukraynalılar olub.

ABC.AZ xəbər verir ki, bu, Almaniyanın statistik məlumatlarında deyilir.

Məlumata görə, 2022-ci ilin yanvarından 2023-cü ilin oktyabrınadək Almaniyada yaşayan Ukraynalıların sayı 138 mindən 1,15 milyon nəfərə çatıb. Beləliklə, onların əhalidəki payı 0,2%-dən 1,4%-ə yüksəlib.

Qeyd edilir ki, 2023-cü ildə 277 min Ukrayna vətəndaşı Almaniyaya köçüb, 156 min nəfər isə geri dönüb, yəni xalis immiqrasiya 121 min nəfər təşkil edib.
Qeyd edək ki, Almaniyada yaşayan əcnəbilərin ən böyük qrupu Türkiyə vətəndaşlarıdır.