AB çirkli pullarla mübarizə üçün yeni qurum yaradır

16:40 - 23.02.2024


23 fevral,Fineko/abc.az. Bütün dünyada çirkli pulların yuyulması ilə bağlı mübarizə  davam edir.

ABC.AZ xəbər verir ki, Avropa İttifaqına üzv dövlətlərlə Avropa Parlamenti arasında davam edən danışıqlar nəticəsində çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsi ilə mübarizə üzrə yeni qurumun yaradılması qərara alınıb.

Frankfurtda keçiriləcək yeni qurum 2025-ci ilin ortalarında 400-dən çox işçi heyəti ilə fəaliyyətə başlayacaq.

Yeni qurum maliyyə sektorunda öhdəlik daşıyan qurumlar üzərində birbaşa nəzarət səlahiyyətinə malik olacaq.