Azərbaycanda bilet-uçot vərəqi olmadan sərnişin daşıyanlar 50 manat cərimələnəcək

16:41 - 23.02.2024


23 fevral, Fineko/abc.az. Azərbaycanda bilet-uçot vərəqi olmadan sərnişin daşınması həyata keçirənlər 50 manat cərimələnəcək.

ABC.AZ Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, bilet-uçot vərəqi olmadan şəhərlərarası (rayonlararası) müntəzəm sərnişindaşımalarının həyata keçirilməsinə yol verilmir.

“Avtomobil nəqliyyatı haqqında” qanuna edilən dəyişikliklərlə əsasən şəhərlərarası (rayonlararası) müntəzəm sərnişin daşımalarında bilet-uçot vərəqi elektron qaydada doldurulan elektron yol vərəqəsi ilə rəsmiləşdirilir”, – deyə məlumatda qeyd olunub.

Bütün xəbərlər