Toyota 280 mindən çox yeni SUV və pikapları geri qaytaracaq — Səbəb

17:07 - 23.02.2024


23 fevral, Fineko/abc.az. Kampaniya Amerika bazarının yolsuzluq avtomobillərinə və pikaplarına aid ediləcək.

ABC.AZ xəbər verir ki, problem qutu ilə bağlıdır. Belə ki, transmissiyanı neytral vəziyyətə keçirərkən avtomobillər irəliləməyə davam edə bilər.

2022-2024-cü illər arasında buraxılmış Toyota Tundra və Sequoia, eləcə də Lexus LX 600 geri çağırılacaq. Bu avtomobillərdə Aisin 10 diapazonlu "avtomat" istifadə olunur.

Bütün xəbərlər