Neft ucuzlaşmağa davam edir, Brent bir barelə $81,27 təşkil edir

09:37 - 26.02.2024


26 fevral, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri cümə və keçən həftənin sonunda düşdükdən sonra bazar ertəsi hərracda enir.

Londonun ICE Futures birjasında Brent markalı neftin aprel fyuçerslərinin qiyməti saat 09:32-də $0,35 (0,43%) azalaraq bir barel üçün $81,27-a düşüb. 23 fevral ticarətinin nəticələrinə görə, Brent markalı neftin aprel fyuçersləri $2,05 (2,45%) - bir barelə $81,62-a qədər ucuzlaşıb.

Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin aprel fyuçerslərinin qiyməti saat 09:32-də $0,39 (0,51%) - bir barel üçün $76,10-a düşdü. 23 fevral ticarətinin nəticələrinə görə, WTI neftinin aprel fyuçerslərinin qiyməti $2,12 (2,70%) - bir barel üçün $76,49-a düşüb.

Ötən həftə Brent markalı neft 2,22%, WTI neft isə 2,51% ucuzlaşıb.

Bütün xəbərlər