Daha bir ölkə Azərbaycandan Aİ-92 markalı benzin almağa başladı

10:16 - 26.02.2024


26 fevral, Fineko/abc.az. Azərbaycan 2023-cü ilin dekabrından Özbəkistana Aİ-92 markalı benzinin ixracına başlayıb.

ABC.AZ Banker-ə istinadən xəbər verir ki, Özbəkistan Azərbaycandan 2 321 ton və ya 1 mln. 510 min ABŞ dollarında 92 oktanlı avtomobil benzini alıb.

Benzinin bir tonu 650 dollara ixrac edilib ki, bu da manatla 1 106 manat təşkil edir.

Qeyd edək ki, daxili bazarda Aİ-92 nefti Tarif Şurası tərəfindən tənzimlənir. 2021-ci ilin  4 yanvarından Aİ-92 benzinin bir tonunun topdansatış qiyməti 1 175.8 manat, pərakəndə qiyməti isə 1 310 dollar təşkil edir.

Azərbaycan ümumilikdə 2023-cü ildə xaricə 33 112 tonluq ($23.01 mln.) avtomobil benzini satıb.

Bütün xəbərlər