Çin və Avropa İttifaqı xammal, avtomobil sənayesi və gəmiqayırma üzrə müşavirə keçirib

11:08 - 26.02.2024


26 fevral, Fineko/abc.az. Pekində Çin-Avropa sənaye dialoqu Məşvərət mexanizminin 12 plenar iclası keçirilib.

ABC.AZ xəbər verir ki, bundan sonra Çin tərəfi avtomobil sənayesi və əsas xammal növləri ilə bağlı məsələlərin uğurla müzakirə olunduğunu, gəmiqayırma, "ağıllı" texnologiyalar və kiçik və orta sahibkarlıq sahələrində əməkdaşlığı dərinləşdirmək üçün razılaşmaların əldə edildiyini bildirdi. İclasda ÇXR nazirinin müavini və Avropa Komissiyasının (AK) nümayəndəsi iştirak edib.