“Google Pay” bu ölkədə fəaliyyətini dayandırdı

11:28 - 26.02.2024


26 fevral, Fineko/abc.az. “Google Pay” ABŞ-də xidmətini iyunun 4-də dayandıracaq və onu yeni “Google Wallet” tətbiqi ilə əvəz edəcək.

ABC.AZ xəbər verir ki, yeni tətbiqin bir hissəsi olaraq istifadəçilər bank kartları, sürücülük vəsiqələri və digər sənədlər haqqında məlumatları yadda saxlaya biləcəklər.

Hələlik “Google Pay” Hindistan və Sinqapurda fəaliyyətini davam etdirərək, bu bölgələrdə funksionallığı qoruyacaq.

Bütün xəbərlər