Ötən il turistlər ən çox hansı şəhər və rayonlara gediblər?

11:47 - 26.02.2024


26 fevral, Fineko/abc.az. 2023-cü ildə Azərbaycanda mehmanxana və mehmanxana tipli obyektlərdə ən çox turist yerləşdirilmiş rayonların adları məlum olub.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, siyahıya Bakıdan kənar rayon və şəhərlər arasında birinci yerdə Quba rayonu başçılıq edir.

Quba rayonunda bu rəqəm 113 min nəfər olub. Onun da 80,5 mini Azərbaycan, 32,5 min nəfəri isə əcnəbi vətəndaşlar olub.

Qəbələ rayonu 79,8 min nəfərlə ikinci, Lənkəran rayonu 74 min nəfərlə üçüncü olub.

Şabran rayonun hotellərinə 67,4 min nəfər, Qusar rayonuna 62 min nəfər yerləşdirilib.

Qeyd edək ki, bu rayonlar içərisində yalnız Qəbələ rayonunda əcnəbi vətəndaşların sayı Azərbaycan vətəndaşların sayı daha çox olub.

Bütün xəbərlər