Çin Gürcüstan vətəndaşları üçün viza rejimini aradan qaldırıb

12:14 - 26.02.2024


26 fevral, Fineko/abc.az. Çin Gürcüstan vətəndaşları üçün vizasız rejim tətbiq etmək qərarına gəlib.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bunu ölkənin Baş naziri İrakli Kobaxidze hökumətin iclasında deyib.

“Çin Xalq Respublikası Gürcüstan vətəndaşları üçün vizasız rejim tətbiq etmək qərarına gəlib. Gürcüstan vətəndaşları Çində ardıcıl 30 gün vizasız qala biləcəklər”, - o bildirib.

Baş nazirin sözlərinə görə, vizasız rejim siyasi, iqtisadi və mədəni inkişaf baxımından yeni imkanlar yaradacaq.

Qeyd edək ki, 2023-cü ilin iyul ayının sonunda Gürcüstan və Çin ikitərəfli münasibətlərin yeni səviyyəsinə - strateji tərəfdaşlığa keçidi elan etdilər. Sentyabrın 12-dən isə Gürcüstan Çin vətəndaşları üçün vizasız rejim tətbiq edib. Onlar Gürcüstana turizm məqsədi ilə daxil ola və 30 günə qədər ölkədə qala bilərlər.

Bütün xəbərlər