12:34 - 26.02.2024
26 fevral, Fineko/abc.az. Rusiya 2024-cü ildə xaricə 70 milyon tona qədər taxıl tədarük etməyi planlaşdırır.
ABC.AZ Trend-ə istinadən xəbər verir ki, bunu Rusiya kənd təsərrüfatı naziri Dmitri Patruşev deyib.
Nazirin sözlərinə görə, ötən il 43,5 milyard dollarlıq kənd təsərrüfatı məhsullarının ümumi ixracının əksəriyyətini buğda, qarğıdalı və arpa təşkil edib.
"Bundan başqa, biz buğda ticarətində dünyada birinci yeri tutmağa davam edirik. Rusiya Misir, Türkiyə, Səudiyyə Ərəbistanı, Hindistan və Çin kimi ölkələrə bu məhsulun əsas tədarükçüsüdür. Hətta dünya qiymətlərinin əhəmiyyətli dərəcədə azalmasına baxmayaraq, Rusiyanın kənd təsərrüfatı məhsullarının ixracından əldə etdiyi gəlirləri artmaqda davam edir”, - deyə D.Patruşev bildirib.
13 Sentyabr 2024
13 Sentyabr 2024
13 Sentyabr 2024
13 Sentyabr 2024
13 Sentyabr 2024
13 Sentyabr 2024
13 Sentyabr 2024
13 Sentyabr 2024
12 Sentyabr 2024
12 Sentyabr 2024
12 Sentyabr 2024
12 Sentyabr 2024
12 Sentyabr 2024
12 Sentyabr 2024