Kəmaləddin Heydərova yeni müavin təyin edilib

14:00 - 26.02.2024


26 fevral, Fineko/abc.az. Fövqəladə hallar nazirinə yeni müavin təyin edilib.

ABC.AZ xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq Sərəncam imzalayıb.

Sərəncama əsasən, general-mayor Adil Abdullayev fövqəladə hallar nazirinin müavini təyin olunub.

Qeyd edək ki, Adil Abdullayev buna qədər Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin rəhbəri vəzifəsində çalışıb.

 

Bütün xəbərlər