Qarabağ Universitetində bu tələbələrə təqaüd veriləcək

14:29 - 26.02.2024


26 fevral, Fineko/abc.az. Qarabağ Universitetində təhsil alacaq yüksək bal toplayan tələbələrə əlavə olaraq həvəsləndirici təqaüd tətbiq olunacaq.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev deyib.

O bildirib ki, eyni zamanda, Universitetin yataqxanası bütün tələbələr üçün ödənişsiz olacaq.

Bütün xəbərlər