Türkiyə neftçiləri ölkənin cənub-şərqində yeni neft yatağı kəşf etməyi planlaşdırırlar

14:33 - 26.02.2024


26 fevral, Fineko/abc.az. Türkiyənin TPAO Dövlət Neft Şirkəti tezliklə ölkənin cənub-şərqindəki Diyarbəkir əyalətində kəşfiyyat qazma işlərinə başlayacaq.

ABC.AZ xəbər verir ki, müəssisə, kəşfiyyat və ölkə daxilində potensial neft hasilatının artırılması planı çərçivəsində qazma işlərinin coğrafiyasını genişləndirir.

Şirkət mütəxəssislərinin fikrincə, Diyarbəkirdə kəşfiyyat nəticə verə bilər. Qazma 50 min kvadratmetr ərazidə rotor üsulu ilə aparılacaq. Neft aşkar edilərsə, orada hasilat aparılmayacaq, ehtiyatlar qiymətləndiriləcək.

Bundan əvvəl TPAO cənub-şərqdəki Şirnak əyalətində gündə təxminən 40 min barel hasil olunduğu bir neçə sahədə uğurlu qazma işləri aparmışdı.

Bütün xəbərlər