Bakıda qatarların gecikməsinə sədrdən maraqlı yanaşma - Gecikmə dünyanın hər yerində olur

14:35 - 26.02.2024


26 fevral, Fineko/abc.az. Sumqayıt və Bakı arasında dəmir yolunda kifayət qədər sərnişin sıxlığı var.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov jurnalistlərə açıqlamasında bildirib.

O bildirib ki, ötən ilin əvvəlində günlük 24 min sərnişin daşındığı halda, bu rəqəm indi 30 mindən çoxdur. Sərnişin qatarlarındakı sıxlıq bununla bağlıdır.

O deyib ki, qatarların gecikməsi dünyanın hər yerində baş verir:

“Soyuq və qeyri-normal hava şəraitində belə problemlər yarana bilir. Bununla bağlı əsas səbəb dəmiryolu infrastrukturunun çox köhnə olmasıdır. Bakı dairəvi dəmir yolunda elektrik sistemi ötən əsrin 20-ci illərində qurulub. Modernizasiya olunsa da, yolun əsaslı və yenidən təmirə ehtiyac var. Hazırda bunun layihəsi hazırlanır. Yolun tamamilə yenidən qurulması planlaşdırılır”, – deyə ADY sədri əlavə edib.

Bütün xəbərlər