Səudiyyə Ərəbistanı Krallığın təbii qaz ehtiyatlarının artdığını elan edib

16:13 - 26.02.2024


26 fevral, Fineko/abc.az. Səudiyyə Ərəbistanı Krallığın iri yatağında təbii qazın sübut ehtiyatlarının artdığını elan edib.

ABC.AZ xəbər verir ki, Səudiyyə Ərəbistanının milli neft şirkəti Krallıqdakı Jafurah yatağında əlavə 420 milyard kubmetr qaz tapıb. Kəşfə 2 milyard barel kondensat da daxildir.

Səudiyyə Ərəbistanının Energetika Nazirliyinin mətbuata verdiyi açıqlamaya görə, son kəşflə yataqdakı ehtiyatların miqdarı 6,5 trilyon kubmetr qaz və 75 milyard barel kondensata çatıb.

Bütün xəbərlər