Azərbaycan bu ölkələrin əsas neft ixracatçısı olub

17:02 - 26.02.2024


26 fevral, Fineko/abc.az. Azərbaycan 2023-cü ildə İtaliya və Xorvatiyaya neft tədarükü həcminə görə birinci yeri tutub.

ABC.AZ xəbər verir ki, bu barədə Aİ Statistika İdarəsi (Avrostat) bildirir.

2023-cü ildə İtaliya və Xorvatiyanın daxil olduğu Avropa İttifaqı (Aİ) ölkələri Azərbaycandan son dörd ildə maksimum miqdarda neft idxal ediblər, təxminən 20,3 milyon ton (ildən ilə artım 2,6%). Nəql olunan neftin dəyəri 12,4 milyard avro qiymətləndirilir (ildən ilə azalma 18%).

Keçən il Avropa İttifaqı ölkələri arasında Azərbaycandan ən böyük neft idxalçılarının onluğuna İtaliya (6,8 milyard avro dəyərində 11,3 milyon ton), Çexiya (1,2 milyard avro dəyərində 2 milyon ton), İspaniya (875,2 milyon avro dəyərində 1,4 milyon ton), Almaniya (750,3 milyon avro dəyərində 1,2 milyon ton), Xorvatiya (699,2 milyon avr dəyərində 1,15 milyon ton), Portuqaliya (404,6 milyon avro dəyərində 631,3 min ton), İrlandiya (375,3 milyon avro dəyərində 617,3 min ton), Yunanıstan (309,4 milyon avro dəyərində 529,6 min ton), Avstriya (306,6 milyon avro dəyərində 498,7 min ton) və Rumıniya (262,2 milyon avro dəyərində 435,5 min ton) daxil olub.

 

Bütün xəbərlər