Avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin könüllü sığortası üzrə yığımlar artıb

17:34 - 26.02.2024


26 fevral, Fineko/abc.az. Azərbaycanda avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin könüllü sığortası üzrə yığımlar artıb.

ABC.AZ Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, bu ilin yanvar ayında bu növ sığorta üzrə yığımlar 298 min manat təşkil edib.

Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 86 min manat və ya 40,5% çoxdur.

2023-ci ilin yanvar ayında bu göstərici 212 min manat təşkil edib.

Bütün xəbərlər