Neft ötən gün artdıqdan sonra sabitdir, Brent bir barel üçün $81,70 təşkil edir

09:36 - 27.02.2024


27 fevral, Fineko/abc.az. Çərşənbə axşamı keçirilən hərracda neftin etalon markalarının qiyməti cüzi yüksəlir.

London ICE Futures birjasında Brent markalı neftin may fyuçerslərinin qiyməti saat 09:32-də $0,03 (0,04%) artaraq bir barel üçün $81,70-a çatıb. 26 fevral ticarətinin nəticələrinə görə, Brent markalı neftin may ayı üçün fyuçersləri $0,87 (1,08%) artaraq bir barel üçün $81,67-a yüksəlib.

Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin aprel fyuçerslərinin qiyməti saat 09:32-də $0,05 (0,06%) - bir barel üçün $77,63-a yüksəlib. 26 fevral ticarətinin nəticələrinə görə, WTI neftinin aprel fyuçerslərinin qiyməti $1,09 (1,43%) artaraq bir barel üçün $77,58-a çatıb.

 

Bütün xəbərlər