“Aqrar Sığorta” şirkətinin yığımları 23 faiz azalıb - Hesabat

10:06 - 27.02.2024


27 fevral, Fineko/abc.az. “Aqrar Sığorta” şirkəti 2024-cü ilin yanvar ayı üzrə yığım və ödəniş üzrə hesabatı açıqlanıb.

ABC.AZ-ın məlumatına görə, bu il şirkətin yığımlarında azalma müşahidə olunub.

Şirkət yanvar ayında 6.899 mln. manat həcmində sığorta haqqı toplayıb. Bu da 2023-cü il ilə müqayisədə 2.098 mln. manat və ya 23% azalma deməkdir. Ötən ilin eyni dövrünə bu göstərici 8.997 mln. manat təşkil etmişdir.

“Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” Aqrar Sığorta Fondunun idarəedici təşkilatıdır.

Bütün xəbərlər