10:17 - 27.02.2024
27 fevral, Fineko/abc.az. 2024-cü ilin yanvar ayında Türkiyədə Azərbaycan kapitalı ilə 15 şirkət qeydiyyata alınıb.
ABC.AZ xəbər verir ki, bu barədə Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib. Qeyd edilib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 9 şirkət azdır.
Bildirilib ki, hesabat dövründə, qeydiyyata alınan Azərbaycan şirkətlərinin sayının azalması ilə yanaşı, onların ümumi kapitalı da azalıb.
“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Azərbaycan şirkətlərinin məcmu kapitalı 5.3 milyon türk lirəsi olduğu halda, 2023-cü ilin eyni dövründə bu rəqəm 18.4 milyon türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib.
Qurumdan o da qeyd olunub ki, 2024-cü ilin yanvar ayında Azərbaycan şirkətlərinin əksəriyyəti İstanbulda (11) qeydiyyata alınıb.
“İstanbulda qeydiyyatdan keçən Azərbaycan şirkətlərinin ümumi kapitalı 4.7 milyon türk lirəsi təşkil edib”, – deyə TOBB-dan qeyd edilib.
13 Sentyabr 2024
13 Sentyabr 2024
13 Sentyabr 2024
13 Sentyabr 2024
13 Sentyabr 2024
13 Sentyabr 2024
13 Sentyabr 2024
13 Sentyabr 2024
13 Sentyabr 2024
13 Sentyabr 2024
13 Sentyabr 2024
13 Sentyabr 2024
13 Sentyabr 2024
13 Sentyabr 2024
13 Sentyabr 2024