“Samsung” “Galaxy Ring” adlı yeni cihaz təqdim edib

10:29 - 27.02.2024


27 fevral, Fineko/abc.az. “Samsung” şirkəti Barselonada açılan “Mobile World Congress 2024” toplantısında “Galaxy Ring” adlı yeni cihaz təqdim edib.

ABC.AZ Kommersant.ru-ya istinadən xəbər verir ki, Cənubi Koreya istehsalçısı yeni aksessuar haqqında ətraflı məlumat açıqlamayıb.

Üzük “Samsung” istifadəçinin bədəninin müxtəlif parametrlərini izləmək üçün bir neçə sensorla təchiz edilib. Onu gecə-gündüz rahat taxmaq imkanı var.

Üzükdən toplanan məlumatlar özəl “Samsung Health” tətbiqi tərəfindən təhlil ediləcək.

“Samsung Galaxy Ring”in buraxılış tarixi açıqlanmayıb.