2030-cu ildə Qətər LNG bazarında liderliyini bərpa edəcək

11:07 - 27.02.2024


27 fevral, Fineko/abc.az. 2030-cu ilə qədər Qətər ABŞ və Avstraliyanı keçərək LNG bazarında liderliyini bərpa edəcək və mayeləşdirmə imkanlarını ildə 142 milyon tona (195 milyard kubmetr) çatdıracaq.

ABC.AZ xəbər verir ki, yaxın illərdə ölkədə ildə 16 milyon ton LNG istehsalına başlanacaq ki, bu da Rusiyanın ən böyük Yamal LNG zavodu (16,5 milyon ton) ilə müqayisə olunur. 

Qətər LNG-nin 70%-dən çoxu ATP-yə gedir və yaxın illərdə bu vəziyyətin dəyişməsi ehtimalı azdır. Çinlilər və hindlilər, avropalılardan fərqli olaraq, uzunmüddətli müqavilələrə hazırdırlar, bu da Qətər şeyxləri üçün mütləq şərtir.

Öz növbəsində, Avstraliya yaxın illərdə təbii qaz hasilatının zirvəsini keçəcək və LNG bazarında mövqeyini itirməyə başlayacaq.

Bütün xəbərlər