11:25 - 27.02.2024
27 fevral, Fineko/abc.az. Keniya ötən il ərzində istehsal edilən 48.6 min ton kofenin 47 min tondan çoxunu (97 faiz – Qeyd) ixrac edib.
ABC.AZ xəbər verir ki, bu barədə Çinin “Sinxua” agentliyi məlumat yayıb. Qeyd edilib ki, 2023-cü ildə ölkə qəhvə ixracından 251 milyon dollardan çox gəlir əldə edib.
Keniya qəhvəsinin əsas ixrac istiqamətləri ABŞ, Belçika, Almaniya, Cənubi Koreya, İsveç, Avstraliya, Danimarka və Norveçdir.
Müəllif: Elmir Murad
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024