Avropada yeniyetmələr üçün avtomobil yaradılıb

11:42 - 27.02.2024


27 fevral, Fineko/abc.az. Avropada yeniyetmələr üçün avtomobil yaradıblar. İsveçrənin Micro Mobility Systems şirkəti moped sürmə hüququ olan 14 yaşından yuxarı yeniyetmələr tərəfindən idarə oluna bilən kompakt Microlino Lite elektromobilinin istehsal versiyasını təqdim edib.

ABC.AZ xəbər verir ki, avtomobilin maksimal sürəti saatda 45 km-dən çox deyil. Banın uzunluğu 2,5 metrə, eni 1,5 metrə, pik mühərrik gücü 12 at gücünə çatır. Qeyd olunur ki, kiçik çəkiyə görə mini elektrikli avtomobil standart elektromobildən daha az enerji sərf edir.

14 yaşından etibarən Fransa və İtaliya sakinləri, 15 yaşından — Almaniya, İspaniya, İsveç, Avstriya, 16 yaşından — Norveç, Portuqaliya, Böyük Britaniya, Hollandiya Lüksemburq, Yunanıstan, Belçika sakinləri bu nəqliyyat vasitəsini idarə edə bilərlər.