Həyat sığortası bazarında gəlirlilik yüksəlir - Hesabat

11:50 - 27.02.2024


27 fevral, Fineko/abc.az. 2024-cü ilin yanvarında Azərbaycanda həyat sığortası bazarında gəlirlilik yüksəlməkdədir.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, könüllü həyat sığortası üzrə sığorta şirkətləri 18.61 mln. manat sığorta haqları ilə sığorta ödənişləri fərqindən gəlir əldə ediblər. Belə ki, bu 2023-cü ilin müvafiq dövründə 14.64 mln. manat təşkil edirdi. İllik müqayisədə 27 faizlik artımdır.

Hesabat müddətində sığortaçılar yığımlarını 40.17 mln. manat və ödənişləri isə 21.56 mln. manat olmaqla müvafiq olaraq illik 17% və 10% artım nümayiş etdirmiş olublar.

Yığımların əsas hissəsini 37.87 mln. manat olan həyatın yaşam sığortası və 2 mln. manatını isə ölüm halından sığorta təşkil edib.

Bütün xəbərlər