“Lenovo” ilk şəffaf ekranlı noutbukunu təqdim edib - Foto

11:59 - 27.02.2024


27 fevral, Fineko/abc.az. Barselonada keçirilən “Mobile World Congress 2024” toplantısında “Lenovo” özünün ən son yeniliyini – “ThinkBook Transparent Display Laptop Concept” adlanan dünyanın ilk şəffaf ekranlı noutbukunu təqdim edib.

ABC.AZ xarici mediaya istinadən xəbər verir ki, noutbuk unikal displeydən əlavə, rəssamlara və digər yaradıcı şəxslərə öz ideyalarını reallaşdırmaq üçün yeni imkanlar təklif edən sensor klaviatura ilə təchiz edilib.

Süni intellektin inteqrasiyası noutbukun qapağına yerləşdirilmiş kameraya şəffaf ekranın arxasındakı obyektləri tanımağa və onlar haqqında məlumatları göstərməyə imkan verir və bununla da interaktiv istifadəçi təcrübəsini zənginləşdirir.

Müəllif: Elmir Murad

Bütün xəbərlər