Rusiya benzin satışını qadağan edir - Bu ölkələrə aid olmayacaq

12:22 - 27.02.2024


27 fevral, Fineko/abc.az. Rusiya hökumətinin başçısı Mixail Mişustin bu il martın 1-dən altı ay müddətinə benzin ixracına qadağa qoyub.

ABC.AZ xəbər verir ki, bu barədə “RBC” agentliyi məlumat yayıb.

Qeyd edilib ki, müvəqqəti ixrac qadağası Avrasiya İqtisadi İttifaqı (Aİİ) dövlətlərinə, həmçinin Monqolustan, Özbəkistan, qondarma Abxaziya və Cənubi Osetiyaya benzin tədarükünün razılaşdırılmış həcmlərinə təsir etməyəcək.

Bundan əlavə, agentliyin həmsöhbətlərinin sözlərinə görə, birjada dizel satışı standartının 16%-ə çatdırılması barədə də qərar qəbul edilib.

 

Bütün xəbərlər