Ötən il Azərbaycana xaricdən pul köçürmələri azalıb

12:31 - 27.02.2024


27 fevral, Fineko/abc.az. 2023-cü ildə ölkəyə daxil olan pul baratlarının həcmi pandemiyadan öncəki səviyyəni üstələməkdə davam edib, lakin öncəki ildən aşağıdır.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, ötən il fiziki şəxslərə daxil olan pul baratlarının həcmi 1 mlrd. 655 ABŞ dolları təşkil edib.

2022-ci ildə pul baratlarının həcmi 3 mlrd. 620 mln. dollar idi.