Valyuta hərracında tələb 2,8% azalıb

12:34 - 27.02.2024


27 fevral, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatına görə, fevralın 27-də keçirilən valyuta hərracında bankların tələbi 105,1 milyon dollar təşkil edib və tam təmin edilib. Bu, keçmiş hərracdan 3 milyon dollar və ya 2,8% azdır.

Fevralın 22-də valyuta hərracında AMB banklara 108,1 milyon dollar satıb.

Hərracın yekunlarına əsasən manatın ortaçəkili məzənnəsi 1,7000 AZN / USD səviyyəsində formalaşıb.