Banklarımız valyuta mübadiləsi üzrə gəlir marjasını bu qədər artırıb

14:10 - 27.02.2024


27 fevral, Fineko/abc.az. 2023-cü ildə Azərbaycan bankları ABŞ dollarını orta hesabla 1,6971 manatdan alıb, 1,7024 manata satıb.

ABC.AZ xəbər verir ki, sözügedən rəqəmlər Mərkəzi Bankın “Pul Siyasəti İcmalı”nda öz əksini tapıb.

Belə ki, banklar hər 100 dolların alqı-satqısından 75 qəpik gəlir əldə edib. Bu, 2022-ci illə müqayisədə 41,5 % çoxdur.

Xatırladaq ki, 1 il bundan əvvəl banklar dolları 1,6971 manatdan alıb, 1,7024 manata satıb, bununla da, hər 100 dolların alqı-satqısından 53 qəpik gəlir əldə edib.

Bütün xəbərlər