Bakı Limanı ilə Gürcüstan limanları arasında blokçeyn texnologiyası tətbiq ediləcək

14:34 - 27.02.2024


27 fevral, Fineko/abc.az. Bu ilin ikinci yarısından Bakı Limanı ilə Gürcüstan limanları arasında blokçeyn texnologiyasının tətbiqi nəzərdə tutulur.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bu barədə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin departament müdiri Xudayar Həsənli Gürcüstanda keçirilən Orta Dəhlizlə bağlı regional tədbirdə deyib.

O bildirib ki, bu, konteynerlərin sayının artmasına da kömək edəcək.

“Orta Dəhlizin inkişafı üçün ilk növbədə infrastruktur imkanlarını təkmilləşdirməliyik. Əgər infrastruktur imkanları yoxdursa o zaman rəqəmsallaşma və aparılan digər təkmilləşdirmə işləri Çindən daha çox yükün cəlb edilməsinə kömək etməyəcək. Biz Bakı Limanı olaraq öz fəaliyyətimizi genişləndirəcəyik və konteyner daşımalarında imkanlarımızı artıracağıq”, – deyə departament müdiri vurğulayıb.

Bütün xəbərlər