BASF Almaniyada fəaliyyətini dayandırır

15:27 - 27.02.2024


27 fevral, Fineko/abc.az. Almaniya sənayesinin flaqmanı, BASF kimya konserni, Lüdviqşafendəki əsas istehsal sahəsindəki tutum, işçi heyəti və əməliyyat xərclərinin azaldığını elan etdi.

ABC.AZ xəbər verir ki, konsernin rəhbəri Martin Brudermüllerin sözlərinə görə, xaricdə BASF-ın işləri az-çox yaxşı gedir, lakin evdə zərərlə üzləşirlər, buna görə qənaət etməlidir.

Rəhbərin əsas narahatlığından biri kimi tələbin azalması da qeyd edilir. Almaniya iqtisadiyyatı durğunluğa uğrayır, istehsal azalır və bütün əsas sənaye sahələrində istifadə olunan kimyəvi məhsullara tələbat azalır.

Bütün xəbərlər