Telegramın ardınca VK və YouTube da çökdü

15:38 - 27.02.2024


27 fevral, Fineko/abc.az. Telegramın ardınca VK və YouTube çöküb.

ABC.AZ xəbər verir ki, sosial media istifadəçiləri VK və YouTube proqramlarına daxil ola bilmirlər, servisləri açanların isə media faylları və mesajları yükləmirlər. Telegram hələ də nasazlıqlarla işləyir, problemlər də WhatsApp və Viber-in işində də müşahidə olunur.