Təkcə yanvar ayında banklar 99.6 milyon manat manat xalis mənfəət qazanıblar

15:47 - 27.02.2024


27 fevral, Fineko/abc.az. Azərbaycan bankları 2024-cü ilin yanvar ayında banklar 99.6 mln. manat xalis mənfəət qazanıblar.

ABC.AZ xəbər verir ki, bu barədə Mərkəzi Bankın məlumatında qeyd olunub. Məlumatda həmçinin, bildirilib ki, sözügedən dövrdə Banklar 143.6 mln. manat məbləğində əməliyyat mənfəəti əldə ediblər. Bankların xalis mənfəəti öncəki ilin eyni dövründə 90.3 mln. manat idi.

Bankların faiz gəlirləri illik müqayisədə 17 faiz artaraq 321 mln. manat və qeyri-faiz gəlirləri 26 faiz artaraq 67.2 mln. manat olub.